İstanbulda dəhşətli LEYSAN - məktəblər bağlanıb

15 Oktyabr 2026 00:23 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti səbəbindən məktəblərdə tədris bir günlük təxirə salınıb. SİA-nın məlumatına görə, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.

Qeyd olunub ki, şəhərdə hökm sürən əlverişsiz hava şəraiti həyatın bir çox sahəsinə mənfi təsir göstərib:

“Güclü yağışların yaratdığı fəsadların vətəndaşların gündəlik həyatına təsirini minimuma endirmək məqsədilə bir sıra tədbirlər görülüb. Bütün dövlət və özəl təhsil müəssisələrində 2026-cı il oktyabrın 15-i bir gün müddətinə əyani təhsilə fasilə verilib”.

Qeyd edək ki, İstanbula düşən leysan bir sıra fəsadlar törədib, yollar su altında qalıb.

Mətləb