Evimizi sevirik, amma qayğısına qalmırıq

14 Oktyabr 2026 17:09 (UTC+04:00)

Evi hər hadisədən qoruya bilmərik, amma gözlənilməz xərclərdən qoruna bilərik. Ev almaq, təmir etmək və rahat yaşayış məkanı yaratmaq illərlə zəhmət və böyük vəsait tələb edir. Amma yanğın, subasma və digər gözlənilməz hadisələr bir anda ailə büdcəsinə ciddi zərər vura bilər.

Son aylarda Keşlə və Masazırda baş verən subasma hadisələri də göstərdi ki, belə risklər heç kimin qapısından yan keçmir. Maraqlıdır, telefonumuzu qoruyucu örtüklə istifadə edir, avtomobilimizi qorumaq üçün tədbirlər görürük. Bəs həyatımızın ən böyük sərmayələrindən biri olan evimiz üçün nə edirik?

Əmlak sığortası hadisənin qarşısını almasa da, onun yaratdığı maliyyə yükünü azaltmağa kömək edir. Bunun real nümunələri var. “PAŞA Sığorta” Masallının Köhnə Alvadı kəndində yanğın nəticəsində evi zərər görən sakin üçün 10 200 manat, leysan zamanı su basmış anbarın zərərinə görə 16 511 manat, sel nəticəsində zərər çəkən aqrar müəssisəyə isə 277 493 manat sığorta ödənişi edib.

Unutmayaq ki, evimiz sadəcə divarlardan ibarət deyil. O, illərin zəhməti və ailəmizin rahatlığıdır. Onu baş verə biləcək hadisələrdən qoruya bilməsək də, gözlənilməz xərclərə qarşı əvvəlcədən tədbir görə bilərik.

Eviniz üçün risk etməyin, əmlakınızı sığortalayın, gözlənilməz xərclərə qarşı maliyyə təminatı yaradın. Ətraflı məlumat və sığortalanmaq üçün BU LİNKƏ daxil olun.