Mollalar indi də Azərbaycana qarşı kiberhücumlar təşkil edirlər - TƏHLİL

14 Oktyabr 2026 17:06 (UTC+04:00)

Azərbaycan xalqı hər cür təxribata, pozucu aktlara qarşı bir olmağı, vəhdət təşkil etməyi bacarır və bunu hər vaxt sübut edib. Ona görə də, heç bir məkrli dairə milli birliyi poza və sifarişli təxribatlar törətməyi bacara bilməz. Son günlər fars-molla rejiminin göstərişləri əsasında ictimai qaydanı kobud şəkildə pozmağa çalışan, təhsil müəssisələrinin normal fəaliyyətinə mane olmağa cəhd göstərən təxribatçılara qarşı xalqın təsirli tədbirlər görmələri və onların zərərsizləşdirilməsi üçün addımlar atmaları buna növbəti misal ola bilər. Cəmiyyət anlayır ki, küçələrə çıxıb gərginlik yaratmağa çalışanlar haradan, hansı ünvanlardan göstərişlər alıblar. Onu da başa düşürlər ki, Azərbaycan azad, demokratik, dünyəvi dövlətdir və burada radikal-dini vəziyyət yaratmaq istəyənlərə meydan verilə bilməz. Ölkəmiz dünyəvi dövlət olmaqla yanaşı, dünyəvi təhsilə üstünlük verir. Bu baxımdan məktəblərin şüşələrini sındırmaq, müəllimlərə və şagirdlərə qarşı hörmətsizlik göstərənlər, avtomobilləri yandıranlar qanunun sərt gücü ilə cəzalarını alaçaqlar. Artıq təxribatlar törədən 37 nəfər polis tərəfindən həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunublar. Proses təbii ki, davam etdiriləcək. Çünki təxribatçı qrupun üzvləri yalnız 37 nəfərdən ibarət deyil. Onların təşkilatçıları və sifarişçiləri var.

Diqqətçəkən məqam ondan ibarətdir ki, təxribatçı qrupların cüzi də olsa çirkin məqsədlərinə çata bilməsini görən bəzi xarici qüvvələr, xüsusilə də fars-molla rejiminin mənəviyyatdan və əxlaqdan uzaq ünsürləri Azərbaycana qarşı kiberhücumlar təşkil edirlər. Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata görə, oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. Hazırda Nazirlər Kabineti (nk.gov.az), Fövqəladə Hallar Nazirliyi (fhn.gov.az), Daxili İşlər Nazirliyi (din.gov.az), Dövlət İmtahan Mərkəzi (dim.gov.az), Səhiyyə Nazirliyi (sehiyyə.gov.az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil.

Azərbaycana qarşı kiberhücumları fars-molla rejimi təşkil edib

Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb. Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Məlumatda o da qeyd olunur ki, hazırda kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Söz yox ki, Azərbaycana qarşı kiberhücumları fars-molla rejimi təşkil edib. Çünki bu yaramaz rejim əvvəllərdə eyni metodla ölkəmizi təhid etməyə cəhdlər göstərib. Lakin Azərbaycan güclü və qüdrətli dövlətdir, xaricdən gələ biləcək və ya daxilidə baş qaldıracaq istənilən təxribatın, pozucu fəaliyyətin qarşısı qətiyyətlə alınacaq. Artıq Azərbaycan ötən əsrin 90-cı illərin əvvəllərindəki zəif, hər cür təhiddən çəkinən dövlət deyil. Ölkəmiz dünyanın orta güclərindən biridir. Azərbaycan ö qüdrətli dövlətdir ki. çox qısa müddət ərzində 30 il erməni işğalı altında olmuş ərazilərini azad edib, üçrəngli bayrağını Xankəndidə, Şuşada, Qubadlıda, Zəngilanda və digər işğal altında olmuş torpaqlarda dalğalanmasını təmin etdi. Azərbaycan həm də o gücü dövlətdir ki, döyüş meydanında qazandığı zəfərini işğaldan azad edimiş ərazilərinin bərpası, tikinti, təmir işlərini həyata keçirib, insanların öz doğma yurd-yuvalarına qayıdışına nail olması ilə davam etdirdi. Bu gün diqqətçəkən uğurlarını əzmlə davam etdirir. Sabah Azərbaycan indikindən daha güclü və qüdrətli olacaq. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət və Prezident İlham Əliyevin həyata keçirdi fenomen işlər Azərbaycanın daha da möhkəmlənməsinə, xalqın sosial-iqtisadi rifahının yaxşılaşmasına xidmət edir. Xarici və daxili qüvvələrin hay-küyləri sadəcə boş qazanı mənasız yerə danqıldatmaqdan başqa bir şey deyil. Nəhayət yorulub, yenidən öz hücrələrinə çəkiləcəklər.

Türkiyədə "Rəşidi Xilafət dövləti"nin yaradılacağı elan olundu

Bu arada təəssüflə qeyd etmək olar ki, Türkiyədə fars-molla rejiminin düşüncəsindən çıxış edən məxluqlar peyda olub. Onlar Azərbaycanı hədəfə alır, daxili işlərimizə burunlarını soxmağa çalışır, baş örtüyü məsələsi ilə bağlı hədyanlar danışır, media orqanlarında qara zolaqdan ibarət yazılar dərc edirlər. "SEPAH"-ın təşkilatçılığı ilə İstanbul şəhərində Azərbaycan konsulluğu qarşısında təşkil edilən mini piketin ardınca ötən gün Ankara şəhərində bir qrup başları çalmalı, üzləri niqablı məxluq var-gəl ediblər. Hansı ki, bu məxluqların böyük hissəsi fars-molla rejiminin təxribat mərkəzi hesab olunan Qum şəhərində dini təhsil alanlardı. Mənimsədikləri zəhərli, iyrənc zir-zibilə uyğun olaraq dünyanın azad, demokratik dövlətlərindən biri kimi dəyərləndirilən və qəbul edilən Türkiyəni Əfqanıstana, fars-molla cameəsinə, üzü və dini dönüklərdən olan ərəblərə oxşatmağa çalışırlar. Məhz Qumda beyinləri zəhərlənmiş məxluqlar Azərbaycanın Ankara şəhərindəki səfirliyi qarşısında kaşıya keçirdilər. Yenə də, əsas rolda fars-molla rejimin iyrənc təbliğat maşını olan "Səhər" TV çıxış edirdi. Bu üzdəniraq TV aksiyanın iştirakçılarının sayını müxtəlif texniki vasitələrdən istifadə etməklə çox göstərmək üçün hər cür vasitə və üsullardan istifadə etməkdən çəkinmədi. Bu azmış kimi aksiyanın təşkilatçılarından olan "oğru" ləqəbli Abdullah İmamoğlundan müsahibələr alıb. Bu "oğru" da ağlına deyil, ağzına gələnləri danışıb. Sərsəm fikirlərinə görə, Türkiyədə yeni xilafət qurulacaq və xilafətin adı "Rəşidi Xilafət dövləti" olacaq. Bədxah iddia edir ki, "Rəşidi Xilafət dövləti" qurulduqdan sonra müsəlman dövlətlərindən hesab soruşulacaq.

Bu yerdə sual olunur Türkiyənin hüquq-mühafizə orqanları "oğru" ləqəbli Abdullah İmamoğlunun çəkinmədən ölkəsində "Rəşidi Xilafət dövləti" yaratmağı planlaşdırmalarından xəbərləri varmı. Məlumatları yoxdursa, deməli, yerlərində deyillər. Xəbərləri varsa və tədbir görmürlərsə, vay Türkiyə xalqının halına, onları böyük fəlakət gözləyir.

Azərbaycan səfirliyi qarşısında təşkil olunan aksiyada anormal görünən məqamlardan bir də ondan ibarət oldu ki, təşkilatçıların hər biri elə liderləri ağıldadır. Belə ki, "SEPAH"-ın əsas dəstəkçilərindən olan iş adamları Abdurrahim Şener və Şükrü Hüseyinoğlu da "oğru"nun sərsəm fikirlərini dəstəklədilər. Bununla bir daha aydın oldu ki, bu məxluqlar Azərbaycanın azad, demokratik, dünyəvi dövlət olmasına qarşıdırlar. Yəni onların mini piketlərinin əsas mahiyyəti heç də baş örtüyü deyil. Aksiyada edilən çıxışları tam dinlədikdən sonra o da aydın olur ki, bu məxluqları heç Azərbaycanın Nazirlər Kabinetinin ümumtəhsil müəssisələrində vahid geyim formasının tətbiq edilməsi ilə bağlı qərarı da maraqlandırmır. Onların beyinlərini məşğul edən və ağalarını narahat edən Azərbaycanın dünyanın əsas güc mərkəzlərindən biri olaraq region ölkələrinə diktə edən azad, demokratik dövlət olmasıdır.

İ.ƏLİYEV