Məktəb hər şeydən əvvəl azad düşüncənin, elmin və incəsənətin işıq saçdığı məkandır - Rəy

14 Oktyabr 2026 16:42 (UTC+04:00)

Məktəblərdə vahid geyim qaydaları, azad düşüncə və mənəvi dəyərlərin təhsil mühitindəki yeri cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Təhsil müəssisələri yalnız biliklərin öyrədildiyi deyil, eyni zamanda uşaqların dünyagörüşünün, estetik zövqünün və şəxsiyyətinin formalaşdığı məkanlardır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə mövzu ilə bağlı SİA-ya danışıb.

O bildirib ki, məktəb hər şeydən əvvəl azad düşüncənin, elmin və incəsənətin işıq saçdığı məkandır.

O qeyd edib ki, zövq və inanc hər bir fərdin daxili dünyasıdır. Mənəvi dəyərlərin forma ilə deyil, dərin bilik və insanpərvərliklə ölçüldüyü cəmiyyət isə ən alicənab cəmiyyətdir.

Ayşən Vəli