Tramp və Putin tələyə düşüblər...

14 Oktyabr 2026 19:51 (UTC+04:00)

...ABŞ prezidenti Donald Tramp və Putin artan siyasi və iqtisadi təzyiqlərin öhdəsindən gəlmək üçün getdikcə daha çox uğura can atırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Rusiya ilə Ukrayna arasında enerji barışığı iddialarını təhlil edən The Telegraph qəzetinin gəldiyi nəticədir.
...Deməli, Tramp Moskva və Kiyevin bir-birinin enerji infrastrukturuna hücumları dayandırmaq barədə razılığa gəldiyini açıqladı. Lakin Ukrayna prezidenti Volodimir Zelenski belə bir razılaşma haqqında heç vaxt eşitmədiyini söylədi.

Kremlin sözçüsü Dmitri Peskov öz növbəsində Moskvanın hərbi əməliyyatlarda müvəqqəti fasilə deyil, "daimi sülh"də maraqlı olduğunu bildirdi.

Amerika prezidentinin xarici siyasətdə "qələbə"yə ehtiyacı var. İranla müharibə yanacaq qiymətlərinin artmasına və ABŞ seçkilərindən əvvəl Ağ Evə qarşı tənqidlərin artmasına səbəb oldu.

Ucuz benzin və dizel yanacağı təkcə Tramp üçün iqtisadi məsələ deyil, həm də onun siyasi yaşamında bir amil halına gəlir.

...Putinin də öz problemləri var.

Rusiya hakimiyyəti seçkilərdən sonra vergiləri artırır, biznes və ictimaiyyət iqtisadi vəziyyətdən narazıdır və ölkə yenidən səfərbərlik ehtimalını müzakirə edir.

Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları yanacaq təchizatı ilə bağlı əlavə problemlər yaradır. Eyni zamanda, Rusiya prezidenti Trampın hansı razılaşmadan danışdığını açıq şəkildə açıqlamayıb.

Əli Babayev