NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi keçirilir

14 Oktyabr 2026 15:51 (UTC+04:00)

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb.

Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.