Netflix, İspaniyada keçiriləcək 2030-cu il Dünya Kubokunun yayım hüquqlarını əldə etməklə idman yayımı sahəsində böyük bir addım atdı.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Netflix yayım platforması 2030-cu il FIFA Dünya Kubokunun oyunlarının yayım hüququnu əldə etdiyini açıqladı .
Məlum olduğu kimi, Dünya Kuboku eyni anda üç ölkədə - İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.
Elanlara görə, Netflix İspaniya və Andorradakı bütün turnir oyunlarının eksklüziv yayımçısı olacaq. Canlı yayımlarla yanaşı, platforma proqram cədvəlini idman yayımı, təhlil və matçların əsas məqamları ilə genişləndirməyi planlaşdırır.
Eyni zamanda, azarkeşlər hər oyun günündən ən azı bir matçı pulsuz izləyə biləcəklər.
Ayrı bir yayım paketinə İspaniya milli komandasının oyunları, həm yarımfinallar, həm də Dünya Kuboku finalı daxil olacaq. Lakin bu yayımlara cavabdeh olan kanalın adı hələ açıqlanmayıb.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna və Polşa FİFA Dünya Kubokuna ev sahibliyi etmək üçün birgə yarışa bilərlər.