Rusiya Kiyevdə 9 mərtəbəli binanı ballistik raketlə vurub

14 Oktyabr 2026 04:06 (UTC+04:00)

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə növbəti ballistik raket hücumu həyata keçirib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

"13 oktyabr saat 22:40 radələrində düşmən Ukrayna paytaxtına ballistik raket hücumu həyata keçirib. Vəziyyət dünənkinə bənzəyir - düşmən ərazisindən atışlarla bağlı tərəfdaşlardan heç bir məlumat alınmayıb. Səbəbləri müəyyən edilir", - deyə HHQ qeyd edib.

Kiyev meri Vitali Kliçko bildirib ki, raket Desnyanski rayonunda doqquzmərtəbəli binaya raket düşüb. Hadisə yerində yanğın baş verib.

Mətləb