Bakının bu ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

14 Oktyabr 2026 03:22 (UTC+04:00)

Təmir işləri ilə əlaqədar Bakının Suraxanı və Binəqədi rayonlarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və tam məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya bildirilib ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 14-də saat 08:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində isə oktyabrın 15-də saat 08:00-dan qismən, oktyabrın 16-da saat 23:00-dan etibarən tam məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Mətləb