PSJ-nin baş məşqçisi Luis Enrike 2026-cı il “Qızıl top” mükafatı ətrafında aparılan müzakirələrdən yorulduğunu bildirib.
SİA xəbər verir ki, ispaniyalı mütəxəssis “RMC Sport”a açıqlamasında komandasının bir neçə futbolçusunun mükafata layiq olduğunu deyib.
""Qızıl top" haqqında söhbətlərdən yorulmuşam. Ümid edirəm ki, bu mükafatı biz qazanacağıq. Komandamızda buna layiq futbolçular var. Ötən il ən yaxşı komanda mükafatını qazandıq. Kollektivimiz göstərdi ki, “Qızıl top”a təkcə Usman Dembele layiq deyil. Bu müzakirələrdən yorulmuşam!"
Mətləb