FSB Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb

13 Oktyabr 2026 19:38 (UTC+04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb.

SİA yerli KİV-ə istinadən xəbər verir ki, jurnalist Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin müxbiridir və Rusiya Xarici İşlər Nazirliyində akkreditasiyadan keçərək Yujno-Saxalinskdə fəaliyyət göstərib.

Məlumata görə, jurnalist Yaponiyanın xüsusi xidmət orqanlarının maraqları naminə casusluqda şübhəli bilinir.

O, Rusiyanı tərk etməyə hazırlaşarkən uçuşdan bir gün əvvəl Saxalində saxlanılıb və Moskvaya aparılıb.