Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 17:34 (UTC+04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov 14-15 oktyabr tarixlərində Azərbaycana işgüzar səfər edəcək.

SIA xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, Sadır Japarov Azərbaycan Prezidentinin dəvəti ilə AQEM-in VII Zirvə Görüşündə iştirak edəcək.