“SEPAH” -ın Oktay Saralla əlaqələri hansı səviyyədədir? - ŞƏRH

13 Oktyabr 2026 17:19 (UTC+04:00)

Dost, qardaş hesab etdiyimiz və hər zaman "Bir millət iki dövlət" olaraq qürurla dilə gətirdiyimiz Türkiyə siyasi dairələrində və media orqanlarında Azərbaycanla bağlı qərəzli, böhtan xarakterli məlumatların yayılması üzücü hal kimi qiymətləndirilir. Çünki fars-molla rejiminin yaramaz məxluqlarının ölkəmizə qarşı informasiya müharibəsini gücləndirdiyi və "desantlar"ı vasitəsi ilə məktəblərin önündə müəllim və şagirdlərlə qarşıdurma yaratmağa çalışdığı bir vaxtda Türkiyənin vəzifə mənsublarının və media orqanlarının dezinformasiya "məhsullar"ından geninə boluna istifadə etmələri qardaş adına ləkə, dost və müttəfiq hesab etdiyimiz ali dəyərlərə ləkədir.

Fars-molla rejiminin tör-töküntülərinin ölkəmizlə bağlı davamlı olaraq düşmən mövqe sərgiləməsi təəccüb doğurmasa da, "qardaş" deyib daim güvəndiyimiz Türkiyənin balaca adamcığazlarının Azərbaycana şər və böhtanları ilə qarayxama kampaniyası aparmaları baş düşülən deyil. Burada bir sirr var və ya hansısa göstərişin olduğunu düşünmək olar. Bunun üçün əsaslar da var. Çünki müəyyən məqamlarda Türkiyənin fars-molla rejiminə bağlı ünsürlərin, "FETO" çuların ara-sıra ölkəmizə qarşı daxili aləmlərinin çirkinliyini nümayiş etdirən məqalələr yazıb, TV sujetlər göstəriblər. Hətta bir qrup baş və bədənlərində uyğunsuzluq təşkil edən məxluqlar Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası da keçiriblər. İddialar irəli sürülüb, zəngulələr vurulub ki, guya Azərbaycanda baş örtüyü ilə bağlı qadağalar tətbiq olunub, din və etiqad azadlıqları pozulur. Sonradan aydınlaşdı ki, həmin aksiyanın təşkilatçısı fars-molla rejiminin Ərdəbildən olan əlil mollası Amulundan göstəriş alıblar. Bir qədər də araşdırmaları dərinləşdirdikdə üzə çıxan fakt ondan ibarət oldu ki, İstanbulda Azərbaycan konsulluğu qarşısında təşkil edilən aksiyanın informasiya dəstəkçisi "SEPAH" terror təşkilatının rəsmi orqanı olan "Səhər" televiziyası olub. "Səhər" TV aksiyanın canlı yayımını təşkil edib və uğursuzluqla nəticələnən mini piketdən sonra təşkilatçıların müsahibələrini alaraq yayımını təşkil ediblər. Təqribən 18-20 nəfərin iştirak etdiyi aksiyanın tezisini Ərdəbilin xəstə mollası Amuli tərtib etsə də, xərclərini "SEPAH" üzərinə götürüb. O zaman sual yaranır, "SEPAH"-ın Türkiyənın müəyyən dairələri ilə separat əlaqələri varmı? Ehtiyatlı da olsa qeyd etməliyik ki, var. O zaman sübut istənilir: Sübut: Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarının Azərbaycan haqqında qərəzli, böhtan xarakterli məlumatlar yaymaları məhz "SEPAH"-ın Azərbaycana qarşı məkrli planına oxşayır. Suriyanın Enab Baladi (İnab Bələdi) nəşri hələ 2025-ci ilin dekabr ayında belə bir yazı ilə çıxış etmişdir ki, Dəməşqdə "SEPAH" nümayəndəsi Kazim Müsavi ilə Oktay Saral arasında görüş və söhbətlə aparılıb. Məhz bu söhbətlərdən və müəyyən məsələlərdə razılaşmalardan sonra fars-molla rejiminin İstanbulda dayaq məntəqəsi yaradılıb. Hazırda həmin məntəqə mədəniyyət, elm məsələləri üzrə fəaliyyət göstərdiyi iddia olunsa da, əslində fəaliyyətin əsas istiqamətini Tehran rejimindən gələn pozucu planların Türkiyə ərazisində həyata keçilməsi üzərində qurulması təşkil edir. Bu baxımdan əminliklə demək olar ki, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarının Azərbaycan haqqında qərəzli sayıqlamaları "SEPA" tərəfindən verilən sifarişdir. Təəssüf doğurur. Ən azı ona görə ki, Türkiyə kimi qüdrətli dövlətin vəzifəli mənsubu, Ədalət və İnkişaf Partiyası kimi regionun güclü partiyalarının birinin deputatları dünyanın bir nömrəli terror təşkilatlarından hesab olunan "SEPAH"ın əlində oyuncağa çevrilib. Bu yerə yaxşı deyiblər, dağılasan a dünya. Həm də "SEPAH"ın əlinə oynayan əldə qayırma Türkiyə mənsubuna və deputatına xatırlatmaq istərdim ki, Azərbaycan dünyada orta güclərdən biridir. Bizimlə zor dili və şantaj vasitəsi ilə danışmaq mümkünsüzdür. Bəlkə də, şantaj metodu ötən əsrin 90-cı illərinin əvvəllərində kimlərinsə işinə yaraya bilərdi. Güc forması ilə istəklərini yerinə yetirdə, tələblərinin icrasına nail ola bilərdilər. Ancaq indiki, dövr də bu vasitə işlərinə yaraya bilməz. Azərbaycan müasir dünyanın aparıcı güc mərkəzlərindən, iqtisadi, sosial, hərbi sahədə böyük uğurlara imza atan dövlətlərdəndir. Azərbaycan xalqı böyük və əzəmətli xalqıdır. Bunla belə Türkiyənin müəyyən dairələrinin ölkəmizin iç məsələlərinə burunlarını soxmalarına qəzəb nümayiş etdirməkdə tərəddüdlər edər. Ən azı ona görə ki, Türkiyə Azərbaycanın ən yaxın qardaşı, ən düzgün sirdaşı, nəhayət ən etibarlı tərəfdaşı və müttəfiqidir. Sadəcə o məxluqlara anladılır ki, Azərbaycanla Türkiyə "Bir millət iki dövlət " olsaq da hər bir dövlətin öz daxili siyasəti və fərqli fəaiyyət istiqamətləri mövcuddur. Digər tərəfdən Azərbaycan nazirlər kabinetin Ümumtəhsil müəssisələrində tətbiq etdiyi vahid geyim formasına dair qaydalar sosial bərabərliyin təmin olunmasına, dünyəvilik prinsiplərinin qorunmasına, qanunun aliliyinin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 7- ci maddəsinə əsasən ölkəmiz dünyəvi dövlətdir. Belə bir qanunvericilik Türkiyənin Ana yasasında və digər qanunvericilik aktlarında əks olunub. Türkiyədə əhalidə qəbul edilən qanunlara əməl edilməsi tələb olunur. Cızığından çıxanlar, qanunlara qarşı hörmətsizlik edənlər ciddi şəkildə cəzalandırılır. Azərbaycanda azad, demokratik, dünyəvi dövlət olaraq dünyəvi təhsil sisteminin uşaqlar tərəfindən mənimsəməsinə çalışır. Bu kimi reallığı Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları qanmırlarsa, ən azı anlamırlarsa, deməli, onların ciddi qüsurları, əsaslı problemləri var.

İ.ƏLİYEV