Azərbaycan atleti Kənan Vəliyev 2 il müddətinə diskvalifikasiya olunub

13 Oktyabr 2026 16:25 (UTC+04:00)

Azərbaycan atleti Kənan Vəliyev 2 il müddətinə diskvalifikasiya olunub.

SİA Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, idmançı antidopinq qaydalarının pozulmasında təqsirli bilinib.

K.Vəliyevə qarşı irəli sürülən pozuntu idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək (2.3-cü maddə) ilə bağlıdır.

Qeyd edək ki, sanksiyanın qüvvədə olma müddəti 2026-cı il aprelin 15-dən 2028-ci il aprelin 15-dək nəzərdə tutulub.