Azərbaycanın U-16 millisi dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək

13 Oktyabr 2026 16:03 (UTC+04:00)

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.

Bu barədə SİA-ya AFFA-dan məlumat verilib.

U-16 millisi oktyabrın 16-dan 18-dək Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək. Toplanışa 16 futbolçu dəvət olunub.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 30-dək ölkəmizdə keçiriləcək.