Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda şübhəli bilinən şəxs həbs edilib

13 Oktyabr 2026 15:37 (UTC+04:00)

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib.

Bu barədə SİA-ya Daxili İşlər

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.