AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

13 Oktyabr 2026 15:21 (UTC+04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli oktyabrın 23-də Laçın və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.

Agentlikdən SİA-ya bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar oktyabrın 13-dən 16-dək müraciət edə bilərlər.

Müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Vətəndaşlar, həmçinin (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.