Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında saziş təsdiqlənib

13 Oktyabr 2026 12:10 (UTC+04:00)

“Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisdə qəbul edilib.

SİA xəbər verir ki, qanun layihəsini parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov təqdim edib.

Layihəyə əsasən, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiq edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.