Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib

13 Oktyabr 2026 11:49 (UTC+04:00)

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisdə qəbul edilib.

SİA xəbər verir ki, qanun layihəsini parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib.

Layihəyə əsasən, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.