Azərbaycan ilə Türkmənistan arasında münasibətlərortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə, dostluq vəqardaşlıq ənənələrinə əsaslanır. Bu əlaqələrin təməliAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevinmüstəqil dövlətçilik siyasəti dövründə formalaşmış, sonrakıillərdə qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri əsasındainkişaf etdirilmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyənetdiyi xarici siyasət kursu Azərbaycanın türkdilli dövlətlərləəlaqələrinin möhkəmləndirilməsinə, regional əməkdaşlığıngenişləndirilməsinə və xalqlar arasında tarixi bağlarınqorunmasına mühüm töhfəvermişdir.Bu gün Azərbaycan-Türkmənistan münasibətləriPrezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişafmərhələsinə qədəm qoymuşdur. Dövlət başçıları arasındaqarşılıqlı səfərlər, müntəzəm siyasi dialoq və müxtəlifsahələrdə həyata keçirilən birgə təşəbbüslər əlaqələrindinamik xarakterini nümayiş etdirir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 8-də Türkmənbaşı şəhərindəAzərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı da bu əməkdaşlığınəhəmiyyətini bir daha diqqətə çatdırmışdır. Dövlət başçısıAzərbaycan-Türkmənistan münasibətlərinin son illərdədinamik inkişaf etdiyini, ötən ildən etibarən iki ölkəarasında yüksək səviyyəli beş qarşılıqlı səfərin həyatakeçirildiyini vurğulamışdır.Prezident İlham Əliyevin çıxışında iqtisadiyyat, nəqliyyat, logistika, enerji və humanitar əlaqələrin genişləndirilməsiməsələləri xüsusi yer tutmuşdur. Xəzər dənizinin nəqliyyatəlaqələrinin inkişafındakı rolu, Orta Dəhlizin əhəmiyyəti vəenerji resurslarının beynəlxalq bazarlara çatdırılmasıistiqamətində əməkdaşlıq hər iki ölkə üçün yeni imkanlaryaradır. Bununla yanaşı, Türkmənistanın Azərbaycanınişğaldan azad edilmiş ərazilərinin bərpasına göstərdiyiqardaşlıq dəstəyi, xüsusilə Füzuli şəhərində məscidintikintisi təşəbbüsü xalqlarımız arasında mənəvi yaxınlığınvə qarşılıqlı hörmətin ifadəsidir.Azərbaycanın MərkəziAsiya dövlət başçılarının Məşvərət görüşündə tamhüquqluiştirakçı kimi təmsil olunması da regional əməkdaşlığıngenişləndirilməsi baxımından əhəmiyyətli hadisədir. 2027-ci ildə bu platformaya Azərbaycanın sədrlik edəcək olmasıölkəmizin regional əməkdaşlığın inkişafına verdiyitöhfələrin davam etdirilməsi üçün yeni imkanlaraçır.Beləliklə, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı tarixidostluq ənənələrinin müasir dövrün tələblərinə uyğunşəkildə davam etdirilməsinin bariz nümunəsidir. Ulu ÖndərHeydər Əliyevin əsasını qoyduğu dövlətlərarasımünasibətlər bu gün Prezident İlham Əliyev tərəfindənuğurla davam etdirilir. Qarşılıqlı etimad, ortaq maraqlar vəstrateji əməkdaşlıq prinsipləri əsasında inkişaf edənəlaqələr gələcəkdə də Azərbaycan və Türkmənistanxalqlarının rifahına, regionda sabitliyin möhkəmlənməsinəvə yeni birgə layihələrin həyata keçirilməsinə xidmətedəcəkdir.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov