"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

13 Oktyabr 2026 10:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Kamboca Krallığının poçt və telekommunikasiyalar naziri ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Qeyd olunub ki, əsas məqsəd "ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı görüləcək işləri, fəaliyyət istiqamətlərini müzakirə etmək olub.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kamboca Krallığının Poçt və Telekommunikasiyalar Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində "ASAN xidmət" təcrübəsinin tətbiqini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.