Ulduz basketbolçunun forması 14 milyon dollara satııldı...

13 Oktyabr 2026 05:04 (UTC+04:00)

Milli Basketbol Assosiasiyasının (NBA) altıqat qalibi Maykl Cordanın "Çikaqo"nun heyətində son mövsümündə çıxış etdiyi forması hərracda rekord məbləğə - 14 milyon dollara satılıb.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Cordan bu maykada 1998-ci il final seriyasının "Yuta"ya qarşı ikinci matçında (93:88) çıxış edib və həmin görüşdə 37 xal toplayıb. Sonradan komanda seriyada qalib gəlib (4-2). Alıcı amerikalının avtoqrafı olan formaya sahib olub.

14 milyon dollarlıq məbləğ basketbolla bağlı satılan əşyalar üçün rekord olub. Həmçinin forma idman tarixində ikinci ən bahalı forma olub. Rekord amerikalı beysbolçu Beyb Rutun formasına məxsusdur. O, 2024-cü ildə 24,12 milyon dollara alınıb.