Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıdıb

13 Oktyabr 2026 04:06 (UTC+04:00)

Türkiyədən Moskvanın Vnukovo hava limanına yola düşən üç sərnişin təyyarəsi Litva üzərindən geri qayıdıb.

SİA xəbər verir ki, bu barədə “Flightradar24” uçuşları izləmə xidməti məlumat yayıb. Bildirilib ki, Antalya, İzmir və İstanbuldan istiqamət alan təyyarələr İstanbul hava limanına yönləndirilib.

Marşrut dəyişikliyinin səbəbi açıqlanmasa da, bunun təhlükəsizlik tədbirləri ilə əlaqədar olduğu güman edilir.

Mətləb