"Bu inanılmazdır" - "Barselona"dan "Qalatasaray" açıqlaması

13 Oktyabr 2026 01:03 (UTC+04:00)

"Barselona”nın baş məşqçisi Hans Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qalatasaray”la keçiriləcək oyunla bağlı gözləntilərini açıqlayıb. "AS" nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis qarşılaşma öncəsi açıqlamasında İstanbul təmsilçisinin azarkeşlərinin yaratdığı atmosferə diqqət çəkib:

SİTAT: "Qarşıdakı oyunun atmosferinə hazır olmalıyıq. Buradakı ab-hava dünyanın ən təsirli atmosferlərindən biridir. Bu, inanılmazdır. Stadionun səsi möhtəşəmdir. Rəqibimiz güclü komandalarla oyunlarda daha yaxşı çıxış etməyə başlayıb. Biz birlikdə olmalı və komanda birliyini qorumalıyıq".

Mətləb Salahov