Hörmüz boğazında tanker atəşə tutulub

13 Oktyabr 2026 00:23 (UTC+04:00)

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, UKMTO insidentlə bağlı məlumatı gecikmə ilə alıb, atəşin dəqiq vaxtı hələ müəyyən edilməyib. Zərbə nəticəsində heyət üzvləri xəsarət almayıb.

Mətləb