Bu gün Bakının bu rayonunda qaz olmayacaq

13 Oktyabr 2026 01:22 (UTC+04:00)

Bu gün Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb