DTX Masazırda avtomobilləri yandıran şəxsləri həbs edib

12 Oktyabr 2026 22:03 (UTC+04:00)

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. SİA Report-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 4 avtomobili qəsdən yandırmaqda təqsirləndirilən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətləb