XİN Ekvatorial Qvineya və İspaniyanı Milli Günləri münasibətilə təbrik edib

12 Oktyabr 2026 14:34 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ekvatorial Qvineya və İspaniyanı Milli Günləri münasibətilə təbrik edib.

SİA xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

"Ekvatorial Qvineya Respublikasının Milli Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!", - paylaşımda qeyd olunub.

Həmçinin digər paylaşımda da: "İspaniya Krallığının Milli Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!", - deyə vurğulanıb.