Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

12 Oktyabr 2026 10:27 (UTC+04:00)

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsi keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından SİA-ya bildirilib ki, Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

Elit, U-23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov 2-ci, Kənan Eyvazov isə 3-cü yeri tutub.

U-17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM), müvafiq olaraq, ilk 3 pillədə qərarlaşıblar.

U-15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar - Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb.