ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

12 Oktyabr 2026 09:49 (UTC+04:00)

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün, oktyabrın 12-də fəaliyyət göstərməyəcək.

SİA xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında məlumat paylaşılıb.

Bildirilib ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Kolumb Günü ilə əlaqədar işləməyəcək.

Xatırladaq ki, Kolumb Günü hər il oktyabrın 12-də Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə çatmasının ildönümü münasibətilə qeyd olunur.