Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlum olub ki, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı minik avtomobili motosikletlə toqquşub. Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib. Hadisənin təfərrüatları araşdırılır.
Mətləb