Makron enerji atəşkəsini dəstəkləyib Rusiyanı ittiham etdi

11 Oktyabr 2026 22:31 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron yenə Ukrayna barədə paylaşım edib. SİA o, özünün X sosial səhifəsində enerji atəşkəsini dəstəkləyib və Rusiyanı Ukraynaya hücumları intensivləşdirməkdə ittiham edib. SİTAT: "Fransa Ukraynanın da razı olduğu, enerji sahəsində tam atəşkəsin əldə edilməsinə dair çağırışı qeyd-şərtsiz dəstəkləyir. Hazırda Rusiya bu təklifi rədd etməkdə davam edir və son saatlarda Ukraynanın infrastrukturuna zərbələri gücləndirir.

Fransa Ukraynaya və Prezident Zelenskiyə dəstəyini davam etdirəcək",- o bildirib.

Mətləb