Murad Boz Bakıda məşhur otel sahibinin oğlunun toyunda çıxış edəcək

11 Oktyabr 2026 22:19 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Murad Boz Bakıya səfər edib. SİA Musavat.com-a istinadən xəbər verir ki, ötən gün Türkmənistanda konsert proqramı ilə çıxış edən sənətçi daha sonra özəl təyyarə ilə paytaxtımıza gəlib.

Bakı səfəri ilə bağlı sosial şəbəkələrdə heç bir paylaşım etməyən müğənninin şəhərimizə gəlişinin əsas səbəbi isə dəbdəbəli toy mərasimində iştirak etmək olub. Murad Boz “Badamdar” hotelinin sahibinin oğlunun toyunda çıxış edəcək.

Mətləb