“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

11 Oktyabr 2026 09:56 (UTC+04:00)

Həndbol üzrə qadınların EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində bu gün “Kür” və Kiprin APOEL komandaları arasında cavab matçı keçiriləcək.

SİA xəbər verir ki, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında oktyabrın 10-da baş tutan ilk matç təmsilçimizin 40:18 hesablı qələbəsi ilə başa çatıb.