Antalyada silahı atışma - ölən və yaralananlar var

11 Oktyabr 2026 05:04 (UTC+04:00)

Türkiyənin cənubundakı Antalya vilayətinin Alanya rayonunda atışma baş verib. "Haber Global" xəbər verir ki, rayonda yerləşən avtoyuma məntəqəsində üç nəfər arasında baş verən mübahisə silahlı qarşıdurmaya çevrilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Məlumata görə, hadisə nəticəsində müxtəlif xəsarətlər alan üç nəfər xəstəxanaya aparılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb