"Su və qida ehtiyatı toplayın" - Kiyevlilərə ÇAĞIRIŞ

11 Oktyabr 2026 00:22 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərginləşir. Belə ki, şəhər sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. Bu barədə şəhər administrasiyası məlumat yayıb.

Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunun enerji sektoruna hücumlarının intensivliyi daha da artacaq. Buna görə də azı üç gün ərzində su ehtiyatı toplamaq, portativ batareyaları doldurmaq, fənər, batareya və şam ehtiyatı toplamaq, saxlama müddəti uzun olan qidalar hazırlamaq və pəncərə və otaqları izolyasiya etmək göstərişi verilib.

Mətləb