Hörmüz boğazından neft daşıyan tanker minaya düşüb

11 Oktyabr 2026 00:03 (UTC+04:00)

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SİTAT: "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən, xam neft daşıyan supertanker elan edilmiş yüksək təhlükəli yolda dəniz minasına çırpılaraq şiddətli partlayışa məruz qalıb", - bəyanatda bildirilib. Qeyd olunub ki, tanker naviqasiya və mövqe təyinetmə sistemlərini söndürüb.

Mətləb