ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski barədə sərt fikirlər səsləndirib. Ağ Ev rəhbəri bəyan edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişəni dəfələrlə bitirə bilərdi, lakin bunu etməməyi seçdi. ABŞ Prezidentinin fikrincə, Vladimir Zelenski razılaşma əldə edə bilər, amma nədənsə bunu etmir: "Düşünürəm ki, Ukraynanın yeni prezident seçmək vaxtı çatıb.
Mən razılaşma əldə edə biləcək yeni bir lider tapmağı təklif edirəm. Çünki Zelenski çox razılaşma bağlaya bilərdi, lakin nədənsə bunu heç vaxt etmədi".
Mətləb