Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

10 Oktyabr 2026 15:53 (UTC+04:00)

Çeçenistanın başçısı Ramzan Kadırov İlham Əliyevə Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istədiyini deyib.

SİA-nın məlumatına görə, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov bildirib:

"Xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək".