Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

10 Oktyabr 2026 15:11 (UTC+04:00)

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kiloqram) Bakıda təşkil olunan dünya çempionatında finala yüksəlib.

SİA xəbər verir ki, idmançı yarımfinalda Finlandiya təmsilçisi Martti Puumalaynen ilə qarşılaşıb.

Görüş idmançımızın qələbəsi ilə başa çatıb.

Azərbaycanın digər cüdoçuları Kənan Nəsibov ilə Camal Qamzatxanov bürünc medal uğrunda mübarizə aparacaq.