İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb.
SİA xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 32 milyon 83 min 269 manat, qanuni təmsilçisi isə Böyük Britaniya vətəndaşı Randall Mark Nicholas-dır.
Xatırladaq ki, "Prime Cotton" 1995-ci ildə "MKT İstehsalat Kommersiya" adı ilə yaradılıb, 2024-cü ildə rebrendinq edib. Şirkət tekstil məhsullarının istehsalı üzrə ixtisaslaşmış, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Mingəçevir Sənaye Parkında fəaliyyət göstərir, Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft-qaz məhsullarının ən böyük ixracatçılarından biridir.