2025-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələr 86 milyon 292 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edib.
SİA-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 5,4 % az, 2022-ci ilin göstəricisi ilə müqayisədə isə 12 dəfə çoxdur.
Hesabat dövründə Cəbrayıl rayonunda 3 milyon 579,1 min manat (18,6 % və 25 % çox), Kəlbəcər rayonunda 13 milyon 773,9 min manat (8,1 % az və 16 dəfə çox), Qubadlı rayonunda 4 milyon 378,5 min manat (22,6 % az və 12 dəfə), Laçın rayonunda 59 milyon 539,7 min manat (8,2 % az və 27 dəfə çox), Zəngilan rayonunda 5 milyon 20,8 min manat (87 % çox və 6 dəfə) dəyərində sənaye məhsulu istehsal edilib.
Ötən il Şərqi Zəngəzurda ümumilikdə 51 sənaye müəssisəsi fəaliyyət göstərib ki, bu da bir il əvvələ nisbətən 34,2 %, son 3 ilin göstəricisi ilə müqayisədə isə 2,6 dəfə çoxdur. Həmin müəssisələrin 14-ü (27,3 % və 3,5 dəfə çox) Cəbrayıl rayonunun, 9-u (50 % və 2,3 dəfə çox) Kəlbəcər rayonunun, 8-i (14,3 % və 2,7 dəfə çox) Qubadlı rayonunun, 15-i (66,7 % və 2,5 dəfə çox) Laçın rayonunun, 5-i isə (dəyişməyib və 67 % çox) Zəngilan rayonunun payına düşüb.