9 yaşayış məntəqəsini birləşdirən bu yol yenidən qurulur

10 Oktyabr 2026 01:22 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda tikinti işləri davam edir.

Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumnat verilib.

Yolun 2,3 kilometr hissəsində asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır. 9 nöqtədə suötürücü borular quraşdırılır.

Bildirilib ki, layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.

Mətləb