Naxçıvanın bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ

10 Oktyabr 2026 00:23 (UTC+04:00)

Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bir sıra ərazilərdə suyun verilişində müvəqqəti fasilə yaranacaq.

SİA xəbər verir ki, qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-də saat 21:00-dan etibarən şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrində, 6, 11, 58, 59 və 61-ci məhəllələrdə, Hərbi şəhərcik 2 ərazisində, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərində suyun verilişi müvəqqəti dayandırılacaq.

Suyun verilişinin oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə bərpa olunacağı gözlənilir.

Mətləb