Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, xəsarət alanlar var.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 47 yaşlı Afdandil Mirzəyevin idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü A. Mirzəyev həyatını itirib.
Hadisə zamanı xəsarət alan sərnişinlər Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardım göstərilir, müayinələri aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.