Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

9 Oktyabr 2026 16:39 (UTC+04:00)

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.

AFFA-dan SİA-ya bildirilib ki, yığma oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Daha sonra isə komanda oktyabrın 19-dan 27-dək Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.