"Prezident İlham Əliyevin oktyabrın 5-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycanın idman siyasətinə və bu sahənin inkişafına verilən ən yüksək səviyyəli dövlət dəstəyinin təzahürüdür".
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
.jpg)
Onun sözlərinə görə, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib:
"Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycanda idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlətimizin başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb
Sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var. Torpaqlarımızı işğaldan dövlətimizin başçısı İlham Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi azad etdi. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapmışdır".