Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb

9 Oktyabr 2026 14:20 (UTC+04:00)

Azərbaycanda bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin ilk 9 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsinin qeydə alınıb, həmin hadisələrdə 9 nəfər həyatını itirib və 8 nəfər xəsarət alıb.