“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya gəliblər.
SİA-nın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti hazırda Xocalı Soyqırımı Memorialı ilə tanış olur. Konfrans iştirakçılarına XX əsrin ən dəhşətli cinayətlərindən olan Xocalı faciəsi haqqında məlumat verilir.