7 oktyabr 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Layiqli əmək, güclü gənclik – dayanıqlı gələcək” adlı tədbir keçirilib. Tədbirdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunmasında fəallığı ilə seçilən Konfederasiyanın üzv təşkilatlarının nümayəndələrinə təşəkkürnamələr təqdim olunub. Təşəkkürnamə ilə təltif edilənlər arasında Mərkəzi Gömrük Hospitalının Texniki və Təsərrüfat şöbəsinin inspektoru Miriş Seyidzadə də olub.